• Bakı 12° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

16 Mart 2025 | 16:08

DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

Sinoptiklərin məlumatına əsasən martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.


SON XƏBƏRLƏR

15 Mart 2025