• Bakı 11° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bu marşrutların hərəkət istiqamətində dəyişiklik edildi

CƏMİYYƏT

16 Mart 2025 | 16:32

Bu marşrutların hərəkət istiqamətində dəyişiklik edildi

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, martın 17-dən etibarən 17 və 24 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, 17 nömrəli  və 24 nömrəli marşrutların hərəkət istiqaməti aşağıdakı kimi dəyişdiriləcək:

Yeni Yasamal yaşayış massivi istiqamətində: Əhməd Rəcəbli küçəsi (son dayanacaq) → Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) → Əhməd Rəcəbli küçəsi → Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.

Qaraçuxur qəsəbəsi istiqamətində: Təbriz küçəsi (son dayanacaq) → Əhməd Rəcəbli küçəsi → Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.

Agentlikdən bildirilib ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və yenidənqurma işləri başa çatdıqdan sonra marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılacaq. Sərnişinlərdən xahiş olunur ki, marşrutların yeni hərəkət sxeminə uyğun olaraq səyahətlərini planlaşdırsınlar və mümkün narahatlığa görə üzr istəyirik.

 


SON XƏBƏRLƏR

15 Mart 2025