• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Müsabiqəyə ilk dəfə müraciət edənlərin sayı AÇIQLANDI

CƏMİYYƏT

18 Aprel 2025 | 12:11

Müsabiqəyə ilk dəfə müraciət edənlərin sayı AÇIQLANDI

“Builki  qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyədə olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, 5 il ərzində ümumilikdə 39 536 nəfər şəxsi kabinet yaradıb.

Nəzərə çatdırılıb ki, bu il müsabiqədə qeydiyyatdan keçmiş 16 553 iştirakçıdan 78 nəfərin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün məlumatların İşçi Qrupu tərəfindən yoxlanılması zamanı ləğv edilib.

Bildirilib ki, qeydiyyatdan keçən iştirakçıların 11923-ü kişi, 4630-u isə qadındır. 

“Maraqla qarşılanan müsabiqəyə bu il 9976 nəfər ötən illərdə keçirilən müsabiqədə də iştirak etmiş namizədlər arasından təkrar müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025