• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Namizədlərin əksəriyyəti bu rayonlarından müraciət ediblər - Fərhad Hacıyev

CƏMİYYƏT

18 Aprel 2025 | 12:12

Namizədlərin əksəriyyəti bu rayonlarından müraciət ediblər - Fərhad Hacıyev

“Namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət ediblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Nəzərə çatdırılıb ki, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib. 

Bildirilib ki, qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır.

“Müsabiqəyə müraciət edən namizədlərin 56.48%-i dövlət sektorunda, 41.05 %-i özəl sektorda, 1.49 %-i qeyri-hökumət təşkilatlarında (QHT), 0.98 %-i isə beynəlxalq qurumlarda çalışır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025