• Bakı 17° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Napoleona məxsus əşya REKORD QİYMƏTƏ SATILDI - FOTO

CƏMİYYƏT

13 Noyabr 2025 | 07:44

Napoleona məxsus əşya REKORD QİYMƏTƏ SATILDI - FOTO

Bir vaxtlar Napoleon Bonaparta məxsus olan və Vaterlooda  Prussiya ordusu tərəfindən tapılan  brilyant broş  Cenevrədə rekord qiymətə - 3,79 milyon avroya satılıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadın xəbər verir ki, bu məlumatı “Sotheby's” hərrac evi açıqlayıb. Cenevrə gölünün sahilində bu həftə keçirilən dəbdəbəli hərracda ən çox danışılan əsərlərdən biri olan bu tarixi daş-qaşın satış qiyməti “Sotheby's”in 130 min avro ilə 220 min avro arasında qiymətləndirdiyi gözləntilərini çox üstələyib.

Təxminən 45 mm diametrli dairəvi daş-qaşın mərkəzində iki konsentrik cərgədə düzülmüş müxtəlif formalı və ölçülü yüzə yaxın köhnə kəsilmiş brilyantla əhatə olunmuş 13,04 karatlıq böyük oval almaz var.

Aydın Baxış


SON XƏBƏRLƏR

12 Noyabr 2025