İtkin düşəndən 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narinin ölümü ilə bağlı aparılan istintaqda ilk etiraf edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə türk mətbuatında məlumat yayımlanıb.
Bildirilib ki, 48 yaşlı suvaq ustası N.B. Narinin cansız bədənini Eğertutmaz Dərəsində necə gizlətdiyini etiraf edib.
N.B.-nin ifadəsinə görə, Narinin əmisi onun meyitini gizlətmək üçün N.B.-yə 200 min lirə təklif ediblər.
Daha sonra N.B. həmin şəxslə birlikdə Narinin cəsədini torbaya salaraq sözügedən dərəyə aparıb.
İfadəsi təxminən 2 saat yarım davam edən N.B. meyitin Narinə məxsus olduğunu onu basdırarkən anladığını qeyd edib.
Əli Hüseynov