Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livan və Qəzza zolağında 230-dan çox hava hücumu həyata keçirib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail ordusunun bəyanatına görə, İsrail qırıcıları Livandakı təxminən 185 Hizbullah hədəfinə və Qəzza zolağında təxminən 45 HƏMAS hədəfinə, o cümlədən yaraqlılar, infrastruktur, hərbi obyektlər, müşahidə məntəqələri, atış məntəqələri və silah anbarlarına zərbələr endirib.
İsrail ordusu Livanın cənubundakı kəndləri yoxlayan komandoların Hizbullah yaraqlıları ilə sıx döyüşdə olduqlarını bildirən fotolarını yayımlayıb. Görüntülərdə Qəzzada binaların dağıntıları arasında yerləşdirilən əsgərlər də görünüb.
Bəyanatda qeyd olunub ki, IDF bütün cəbhələrdə istənilən müdafiə və hücum ssenarilərinə hazırdır.
Gülşən Şərif
















