• Bakı 17° C

    2.31 m/s

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı

CƏMİYYƏT

16 Sentyabr 2021 | 23:11 | Müəllif: Subhan Mahmudov

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş saat 16:10-da, Gəncədən isə saat 18:10-da baş tutacaq.

Sərnişinlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026