• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı

CƏMİYYƏT

16 Oktyabr 2021 | 15:45

Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən məlumata görə, İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.

Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR