q
  • Bakı 21° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Qəza Sirabı qazsız qoydu

HADİSƏ

08 May 2026 | 10:35

Qəza Sirabı qazsız qoydu

Naxçıvan Muxtar Respublikası Babək rayonu, Sirab kəndində saat 08:30-da minik avtomobili qaz xəttinə çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan nəqliyyat vasitəsi qaz xəttini yararsız hala salıb. Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır, yaxın saatlarda qazın verilişi planlaşdırılır.


SON XƏBƏRLƏR

07 May 2026