• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Naxçıvanda vergi daxilolmaları 2,4 % artıb

İQTİSADİYYAT

09 Iyun 2026 | 09:00

Naxçıvanda vergi daxilolmaları 2,4 % artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 % və ya 2,3 milyon manat çoxdur.

Ötən 5 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,3 % və ya 5,3 milyon manat artıb.

Ödənilən vergilərin 70,6 %-i qeyri-dövlət sektorunun, 29,4 %-i isə dövlət sektorunun payına düşüb.

2026-cı ilin yanvar – may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 % artaraq 2 milyon manata yaxın olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026