• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazir orduya tapşırıqlar verdi -  Dərhal qarşısı alınsın

CƏMİYYƏT

24 Sentyabr 2022 | 12:01

Nazir orduya tapşırıqlar verdi - Dərhal qarşısı alınsın

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026