• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ATƏT-in müşahidəçiləri Zəngəzurda

CƏMİYYƏT

24 Oktyabr 2022 | 11:23

ATƏT-in müşahidəçiləri Zəngəzurda

Ötən gün ATƏT-in ehtiyacların qiymətləndirilməsi qrupu Zəngəzur vilayət administrasiyasının nümayəndələri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ATƏT nümayəndələri vəziyyətlə tanış olmaq üçün sərhədyanı icmalara baş çəkiblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təşkilata sədrlik edən Polşanın nümayəndəsi, polkovnik Robert Arkadiuş Tkaçikin rəhbərlik etdiyi ATƏT missiyası ilə görüşüb. Missiyanın göndərilməsi barədə qərar təşkilatın Nazirlər Şurasının bütün ölkələrin razılığı ilə qəbul edilmiş qərarları əsasında ATƏT-ə sədrlik edən ölkə tərəfindən qəbul edilib.

ATƏT missiyası oktyabrın 21-də gəlib və 27-nə qədər Ermənistanda olacaq. /Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026