• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bill Qeytsdən 5 kitab tövsiyəsi

CƏMİYYƏT

23 Noyabr 2022 | 11:10

Bill Qeytsdən 5 kitab tövsiyəsi

Tez-tez kitab tövsiyələri verən milyarder iş adamı Bill Qeyts sevdiyi 5 kitabın adını izləyiciləri ilə bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, "Microsoft"un qurucusu Bill Qeyts ABŞ-ın aparıcı media qurumlarından biri olan CNBC-yə verdiyi müsahibədə 5 kitab tövsiyəsi verib.

67 yaşlı milyarder oxucularına aşağıdakı kitabları tövsiyə edib:

1 – “Vəhşi ərazilərdəki qərib”

1961-ci ildə ABŞ-ın fantastik janr yazıçısı Robert Haynlayn tərəfindən yazılmış bu əsər Marsda doğulan və marslılar tərəfindən böyüdülən insan Valentin Maykl Smitin hekayəsindən bəhs edir.

Smit Yerə səyahətində buradakı mədəniyyətlərarası müharibə və din kimi hadisələri mənalandırmağa çalışır.

"Gələcəkdə baş verə biləcəklər haqqında düşüncələrinizə meydan oxuyan elmi fantastikanı sevirəm" deyən Qeyts bu kitabın onun gəncliyində ən çox sevdiyi elmi fantastika kitabı olduğunu qeyd edib.

2 – “Təslim: 40 Mahnı, Bir Hekayə”

Dünyaca məşhur U2 musiqi qrupunun vokalisti Bono tərəfindən yazılmış “Surrender: 40 Songs, One Story” - "Təslim: 40 mahnı, bir hekayə" kitabında o, qrup üzvləri ilə keçirdiyi illərdən bəhs edir.

Qeyts bildirib ki, kitab U2-nin ən məşhur mahnılarını necə bəstələdiyindən və qrup üzvlərinin 40 ildən artıq bir müddətdə necə bir yerdə qaldığından bəhs edir.

"Onların hamısı eyni dəyərləri bölüşür. Dördü də bütün dünyada yoxsulluq və bərabərsizliyə qarşı mübarizədə ehtiraslıdır", - Microsoft qurucusu deyib.

3 - "Rəqiblər Komandası"

Qeytsin tövsiyə etdiyi digər kitab ABŞ yazıçısı və tarixçisi Doris Kearns Qudvin tərəfindən yazılmış “Rəqiblər Komandası”dır.

Nüfuzlu Pulitser mükafatı laureatı Qudvinin kitabı ABŞ-ın 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolndan bəhs edir.

Qeyts ölkədə köləliyin aradan qaldırılmasında mühüm rol oynayan Linkolnun öz müşavirləri arasında əks fikirləri birləşdirə bilməsinə heyran olduğunu bildirib.

"Liderlərin bu gün Linkolndan öyrənməli çox şeyi var" deyib milyarder.

4 – “Tennisdə Daxili Oyun”

Amerika yazıçısı Timothy Gallwey-nin 1974-cü ildə nəşr olunan “The Inner Game of Tennis” əsəri də Qeytsin tövsiyələri sırasındadır.

1960-cı ildə Harvard Universitetinin tennis komandasının məşqçisi olmuş Gallwey kitabında tennisçinin psixi vəziyyətinin onun performansına ən az atletik qabiliyyətləri qədər təsir etdiyini iddia edir.

Kitabı həyatı boyu bir neçə dəfə oxuduğunu bildirən Qeyts bundan əldə etdiyi məlumatlarla karyerasında etdiyi səhvlərdə ilişib qalmaq əvəzinə özünə daha konstruktiv tənqidlər yönləndirməyi öyrəndiyini bildirib.

5 – “Mendeleyevin yuxusu”

İngilis akademik Paul Strathern tərəfindən yazılmış "Mendeleyevin yuxusu" 1869-cu ildə dövri cədvəlin ilk variantını hazırlayan rus kimyaçısı Dmitri İvanoviç Mendeleyin hekayəsindən bəhs edir.

Qeyts dövri cədvələ xüsusi maraq göstərdiyini söyləyib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR