• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Sabiq icra başçısı ilə bağlı qərar verildi

CƏMİYYƏT

23 Dekabr 2022 | 10:34

Sabiq icra başçısı ilə bağlı qərar verildi

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.

Hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti Mahir Quliyevin vəkili tərəfindən verilmiş şikayəti təmin etməyib.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR