• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azad olunan ərazilərdə daha 89 mina aşkarlandı

CƏMİYYƏT

24 Oktyabr 2022 | 12:00

Azad olunan ərazilərdə daha 89 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a bildirilib ki, oktyabrın 17–dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 28 tank əleyhinə mina və 367 partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 381 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026