• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

AMEA-nın rezidenti buna görə CƏRİMƏLƏNİR 

CƏMİYYƏT

24 Oktyabr 2022 | 12:01

AMEA-nın rezidenti buna görə CƏRİMƏLƏNİR

AMEA Yuksek Texnologiyalar Parkının rezidenti “INTELPRO” MMC-yə xariclə valyuta əməliyyatlarına görə cərimələnir.

Bakıvaxtı.az xəbər verir ki, “INTELPRO” MMC-yə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə tətbiq edilib.

Bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən protokol məhkəməyə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026