Müğənni Nəfəs Məmmədli sosial media hesabında növbəti paylaşımını edib.
Bakıvaxtı.az xəbər verir ki, o, yeni klipi üçün etdirdiyi fotosesiyadan görüntülərini paylaşıb.
Müğənni paylaşıma bu sözləri yazıb: “Çalışaraq irəli gedə bilərsiniz, təbii ki, vaxtınızı başqalarına baxmaqla keçiriməsəniz”.
İzləyicilərsə onun bu sözlərinin həmkarı Səidə Sultana ünvanlandığını iddia ediblər.
Qeyd edək ki, bir neçə gün öncə müğənni Səidə Sultan Nəfəs və Vəfanın mahnısını lağa qoyub, onların ifa tərzlərini bəyənmədiyini deyib. Əsəbi soyumayan Səidə bu tip müğənniləri “qıjı müğənni" adlandırıb.
Ziyafət Əlisoy
















