Sumqayıtda nəqliyyatda kart sistemində problem yaşanır.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, ictimai nəqliyyatda kartla ödəniş sistemi tətbiq olundan sonra sərnişinlər balansı artırmaqla bağlı problemlə üzləşiblər.
Balansı artırmaq üçün “E-Manat” ödəmə terminalı pulu qəbul edib, hətta ödənişin uğurla həyata keçirildiyinə dair qəbz də verib.
“Balansda 0.10 AZN ola-ola 2 AZN-də vurdum. Dərhal yenidən balansı yoxladım və hesabda 2.10 əvəzinə, 1.8 AZN pul göstərdi. Məsələ ilə bağlı E-Manat-dan mənə dedilər ki, balansı artırmaq üçün ödənilən vəsait nəqliyyat şirkətinə köçürülür. Belə çıxır ki, həm balans artırmada, həm də ödəniş də pullar mənimsənilir”, - deyə vətəndaş bildirib.
Ramid İbrahimov




jpeg-1635841009.jpeg)













