• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

FHN Ağcabədidəki yanğınla bağlı məlumat yayıb

CƏMİYYƏT

02 Dekabr 2021 | 11:12 | Müəllif: Qalib İbrahimoğlu

FHN Ağcabədidəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Ağcabədi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Bakıvaxtı.az-ən FHN-nin saytına istinadən xəbərinə görə, rayonun Hindarx qəsəbəsində hər mərtəbəsi 169 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 88 m² sahədə, dam örtüyü 90 m² sahədə və bitişik ümumi sahəsi 90 m² olan talvarın lambirindən ibarət tavanı yanıb. Yanğının kəşfiyyatı zamanı evin 2-ci mərtəbəsində tüstüdən zəhərlənmiş halda aşkarlanan 3 nəfər yanan evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi və talvarın altında olan 3 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olunan məlumata əsasən, tüstüdən zəhərlənmiş şəxslər xəstəxanada vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026