• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda bayram atəşfəşanlığı oldu

CƏMİYYƏT

01 Yanvar 2022 | 00:05 | Müəllif: Subhan Mahmudov

Bakıda bayram atəşfəşanlığı oldu

Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.

Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Beləliklə, 2021-ci il yola salınıb və 2022-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR