• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ümumilikdə 11 milyondan çox doz vaksin vurulub" - Prezident

CƏMİYYƏT

01 Yanvar 2022 | 00:47 | Müəllif: Qalib İbrahimoğlu

"Ümumilikdə 11 milyondan çox doz vaksin vurulub" - Prezident

"Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq".

Bakıvaxtı.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

"Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır" deyən Prezident qeyd edib ki,  Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir.

"Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır", - deyə dövlət başçısı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026