İranla atəşkəs hər an bitə bilər.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Razılaşma bu idi ki, atəş dayansın və iranlılar dərhal Hörmüz boğazını açsın. Onlar isə bunu etmədilər”, - Netanyahu bildirib.
İsrailin Baş naziri ABŞ Prezidenti Donald Trampın İran limanlarına blokada tətbiq etmək qərarını dəstəklədiyini vurğulayıb. O, İsrailin ABŞ-la daim koordinasiya vəziyyətində olduğunu qeyd edib.
“Aramızda narazılıqların olması barədə iddialar tamamilə yanlışdır. Vəziyyət bunun tamamilə əksidir. Prezident və onun komandası ilə baş tutan danışıqlarda iştirak edən istənilən şəxs bunu təsdiqləyə bilər. İsrail və yəhudi xalqının tarixində bu cür koordinasiya əvvəllər olmayıb”, - Baş nazir əlavə edib.
Bakı 




