• Bakı 13° C

    1.45 m/s

Nikolayevə endirilən raket zərbəsi nəticəsində 36 nəfər ölüb

DÜNYA

02 Aprel 2022 | 22:04 | Müəllif: Subhan Mahmudov

Nikolayevə endirilən raket zərbəsi nəticəsində 36 nəfər ölüb

Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Ölənlər arasında hərbi administrasiyası rəhbərinin köməkçisi də var. Onun meyiti dağıntılar altından bu gün çıxarılıb.

Vitali Kim deyib ki, Nikolayev vilayətində yerli sakinlərə zədələnmiş hərbi texnikaların hissələrini götürüb metal tullantılarının qəbul mərkəzlərinə təhvil vermək qadağan olunacaq. O, Ukrayna ordusunun ehtiyacları üçün istifadə ediləcək.

Bundan əlavə, Kim Nikolayev vilayətinin ərazisində yerləşən Rusiya qüvvələrinə müqavimət göstərmək üçün xüsusi qruplar yaradıldığını deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026