Türkiyə milli müdafiə naziri Hukusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Telefon danışığı zamanı Akar humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini, Mariupol başda olmaqla, qurudan/dənizdən dinc əhalinin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyini vurğulayıb.
Akar bir daha bəyan edib ki, humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyə, əvvəllər olduğu kimi bölgədə sülhün təmin edilməsi üçün üzərinə düşəni edəcək.
















