• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Kaş o yox, mən öləydim" - “Nikosayağı” dostunun ölümündən danışdı

CƏMİYYƏT

06 Fevral 2024 | 09:53

"Kaş o yox, mən öləydim" - “Nikosayağı” dostunun ölümündən danışdı

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib.

Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib.

Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib: "Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobili ilə şəhər gəzintisinə çıxıb. Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Mənə qaranlıq qalan məqam qəzanı törətməmişdən əvvəl içkili olmamığımdır. Mən içkini bir gün əvvəl barda içmişdim. Hadisə zamanı ölən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm".

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026