• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu rayonlar qazsız qalacaq

CƏMİYYƏT

07 Mart 2024 | 09:35

Bu rayonlar qazsız qalacaq

Bu gün saat 09:30 "Bərdə" ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, saat 10:30-dan isə Xətai rayonu, Cavanşir küçəsində yeni çəkilmiş yeraltı d325 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təmir işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, Samux rayon mərkəzinin və rayonun Füzuli kəndinin, Xətai rayonunun isə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan, İlqar Zülfüqarov, Çingizxan Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026