• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakının bu rayonları QAZSIZ QALACAQ

CƏMİYYƏT

06 Aprel 2024 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

Bakının bu rayonları QAZSIZ QALACAQ

Bu gün Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz”dan bildirilib.

Məlumata görə, Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R. Əsgərov, S. Mehmandarov, Ə. Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun 31 və 26-ci məhəllələrinin, Union Park yaşayış massivinin, Süleyman Sani Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR