• Bakı 24° C

    5.8 m/s

Bakıda Novruz iməciliyi keçiriləcək

CƏMİYYƏT

07 Mart 2024 | 09:45

Bakıda Novruz iməciliyi keçiriləcək

Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakıda iməcilik keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, martın 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.

"Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026