• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Nisə Qasımovaya haqqımı halal etmirəm"- Ceyran Haşımovadan SƏRT AÇIQLAMA 

MƏDƏNİYYƏT

18 Sentyabr 2023 | 09:00

"Nisə Qasımovaya haqqımı halal etmirəm"- Ceyran Haşımovadan SƏRT AÇIQLAMA

"Rəhmətlik yoldaşım kolbasa, çörək alırdı. Mən də Nəzakət Məmmədova, Mahrux Muradova, Raziyə Şirinova, Təranə Vəlizadənin arasıda bölürdüm. Nəzakət Məmmədova onların içində ən kasıbı idi... Amma Nəzakət mənə qarşı elə naxələf çıxdı ki... Halbuki, onun oğlu Ceyhunun da adını mən qoymuşdum..."

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri tarzən, Azərbaycanın xalq artisti, "Lalə" qızlar ansambılının yaradıcısı Ceyran Haşımova deyib.

Onun sözlərinə görə, hər şeyə rəğmən tələbələrinə haqqını halal edir.

"Mən etdiyimi etmişəm. İnsanın gərək çörəyi dizinin üstündə olmasın. O adamın ki duranda çörəyi dizinin üstündən düşür, ondan nə vəfa gözləyirsən? Heç kimdən də incimirəm",-deyə C.Haşımova vurğulayıb.

Ardlnca Xalq artisti Nisə Qasımovadan incidiyini deyib: "Rus dilli qız idi. Saatlarla üstündə işləyirdim. Onun üzərində böyük zəhmətim var. Onu Zeynəb Xanlarovanın yanına mən apardım. Getdik Ələkbər Tağıyevin evinə. Zeynəb Xanlarova ilə "İstəyirəm görəm səni" mahnısını məşq edirdilər. Nisə Qasımova oxudu. Dedi ki, " Ələkbər müəllim, bundan sonra mən hansı mahnı oxusam məndən sonra verin Nisə oxusun". Amma o, nankor oldu. Bir tək ona haqqımı halal etmirəm. Heç vaxt da etməyəcəm".

Ceyran Haşımova sonda qeyd edib ki, tələbələrimin hamısının fəxri adları var: "Vəfasız da olsa Nisə xalq artsistidir. Əksəriyyəti Əməkdar və Xalq artistləri adlarını alıblar. Bu, mənim üçün qürurvericidir".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026