• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Növbəti tam Günəş tutulması bu tarixdə baş verəcək

DÜNYA

09 Aprel 2024 | 14:15

Növbəti tam Günəş tutulması bu tarixdə baş verəcək

Yaxın zamanların tam Günəş tutulması 2026-cı il avqustun 12-də olacaq.

Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, növbəti tutulma Rusiyanı, Qrenlandiyanın şərqini, İslandiyanın qərb sahillərini, İspaniyanı və Portuqaliyanın kiçik bir hissəsini kəsən yol boyunca görünəcək. 2027-ci il avqustun 2-də isə İspaniyada və Şimali Afrikanın bir hissəsində tam Günəş tutulması baş verəcək.

2033-cü il martın 30-na təsadüf edəcək tam tutulma yalnız Alyaska və Rusiyadan görünəcək. 2044-cü il avqust 23-də isə bu təbiət hadisəsini bütünlüklə ABŞ-ın bəzi ərazilərində izləmək mümkün olacaq. Tutulma Montana, Şimali Dakota, Cənubi Dakota ştatlarını, Kanadanın bəzi hissələri və Qrenlandiyanı əhatə edəcək.

Nəhayət, 2045-ci il avqustun 12-də tam Günəş tutulması Kaliforniya, Nevada, Yuta, Kolorado, Nyu-Meksiko, Oklahoma, Kanzas, Texas, Arkanzas, Missuri, Missisipi, Luiziana, Alabama, Corciya və Florida ştatlarını keçərək Karib dənizi üzərində davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026