• Bakı 28° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Novxanıdakı partlayışda yaralananlar BU MƏŞHURUN valideynləridir - vəziyyətləri ağırdır  - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2024 | 09:53

Novxanıdakı partlayışda yaralananlar BU MƏŞHURUN valideynləridir - vəziyyətləri ağırdır  - YENİLƏNİB

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

    Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

    ***

    09:36

    Bu gün Abşeron rayonu, Novxanı kəndində baş verən partlayışda yaralanan şəxslərin kimliyi məlum olub.

    Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslər Qasım Həşimov və Aida Həşimovadır.

    Onlar tanınmış azərbaycanlı qrosmeyster Vüqar Həşimovun valideynləridir.

    Əli Hüseynov


    SON XƏBƏRLƏR

    20 Iyul 2025
    19 Iyul 2025