"Qəzzada dinc əhalinin məruz qaldığı qeyri-insani hücumlar vicdanı olan hər kəsi incidir".
Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O, bildirib ki, bu gün Qəzzada törədilən qətliamda məsuliyyəti olanlar öz amansızlıqlarının əvəzini mütləq ödəyəcəklər.
"Fələstində yaşanan ağrıları unutmayacağıq və başqalarına da unutdurmayacağıq. Bu ağrıya şərik olmaq və onun təkrarlanmasının qarşısını almaq üçün vicdanla hərəkət etmək inancımızın tələbidir. Nə edirsinizsə edin, soyqırımı unutmayın. Çünki unudulmuş soyqırım təkrarlanacaq", - deyə Kurtulmuş qeyd edib.
Gülşən Şərif















