• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ən kiçik masaüstü kompüter satışa çıxarılacaq

DÜNYA

10 Avqust 2024 | 14:27 | Müəllif: Gülşən Şərif

Ən kiçik masaüstü kompüter satışa çıxarılacaq

ABŞ-nin "Apple" şirkəti tərəfindən istehsal olunan "Mac Mini" kompüterlərinin yeni modeli bu ilin sonunda satışa çıxarılacaq və o, hazırda mövcud olan ən kiçik stolüstü kompüter olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, cihaz hazırda "Apple" tərəfindən hazırlanmış yeni nəsil "M4" prosessorları ilə təchiz olunacaq, artıq satışa çıxarılan modellər arasında bu prosessor yalnız "iPad Pro"da mövcuddur.

Qeyd olunur ki, yeni "Mac Mini" iki versiyada satılacaq, onlardan birində "M4"ün əsas versiyası, daha bahalı versiyada isə dəyişdirilmiş "M4 Pro" prosessoru istifadə olunacaq.

Bildirilir ki, bu model "Apple" şirkətinə Stiv Cobsun rəhbərlik etdiyi 2010-cu ildən bəri "Mac Mini" xəttində ilk böyük dizayn dəyişikliyinin nəticəsi olacaq.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026