Fransada ifrat sağçı Milli Birlik Partiyasının Parlament Qrupunun sədr müavini Marin Le Pen prezident Emmanuel Makronu referendum keçirməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə fransız mediasında məlumatlar tirajlanıb.
Qeyd edilib ki, , keçmiş prezidentliyə namizəd Le Pen Fransada səslərin ifrat sağçılara verildiyi Henin-Beaumont şəhərindəki siyasi vəziyyətlə bağlı mətbuata açıqlama verib.
Le Pen referenduma işarə edərək Makronun növbədənkənar ümumi seçkilər təyin etməklə ölkəni sürüklədiyi xaosda hələ də demokratiyanı yaşatmaq üçün alətlərə sahib olduğunu ifadə edib.
Siyasətçi birbaşa qərar vermə səlahiyyətini insanlara verməyə yönəlmiş istənilən yanaşmanı qeyd-şərtsiz dəstəkləyəcəyinə söz verib.
Bundan əlavə, Le Pen yeni Baş nazir Barnierin qurduğu yeni hökumətdə iştirak etməyəcəklərini qeyd edib.
Əli Hüseynov