• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Polşa ABŞ-dən 850 milyon dollara raket alacaq

DÜNYA

10 Avqust 2024 | 14:15 | Müəllif: Gülşən Şərif

Polşa ABŞ-dən 850 milyon dollara raket alacaq

Polşa raket alışı ilə bağlı ABŞ ilə müqavilə bağlayıb. Sazişin dəyəri 850 milyon dollardır.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.

Polşanın Silahlanma Agentliyi bildirib ki, Varşava ABŞ hökuməti ilə bir neçə yüz “AIM-120C AMRAAM” raketinin tədarükü üzrə müqavilə imzalayıb. Bunlar “hava-hava” tipli raketlərdir. Polşanın sifariş etdiyi raketlərin dəqiq sayı açıqlanmır.

Tədarük 2029-cu ildən 2033-cü ilə qədər həyata keçiriləcək. Raketlər Polşa ordusunun arsenalında olan təyyarələrə quraşdırılacaq.

Polşa KİV-in məlumatına görə, gələn həftə Varşava və Vaşinqton 96 ədəd “Apache” döyüş helikopterinin alınmasına dair müqavilə imzalayacaqlar. Müqavilənin dəyəri 9 milyard dollardan çox ola bilər.

“Apache”lərin Polşanın sovet dövründən qalma köhnə helikopterləri əvəz edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR