• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nuradan SƏRT İTTİHAM: "Varlı adam görəndə...”

MƏDƏNİYYƏT

11 Yanvar 2024 | 14:59

Nuradan SƏRT İTTİHAM: "Varlı adam görəndə...”

“Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunuzu soxmaqdan nə zaman əl çəkəcəksiniz? Niyə öz uşaqlıq travmalarınız və komplekslərinizlə məşğul olub özünüzü sağaltmaq istəmirsiniz?”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosil media hesabındakı paylaşımında yazıb.

İfaçı müğənniləri tənqid edən izləyiciləri qınayıb: “Roldan rola girməkdən bezmirsiniz? Daxilən başqa, adam içində başqasınız... Niyə qeyrət və namus adı altında insanlara şər-böhtan atmaqdan çəkinmirsiz? Qeyrəti, namusu olan başqasının əxlaqını, həyatını müzakirə etməz”.

“Hər mövzuda müğənnilərə söz deməkdən utanmırsınız? Sizdən varlı, yüksək vəzifəli görəndə niyə yaltaqlıq edirsiniz? Özünüzü niyə aldadırsınız? Niyə düşünürsüz ki, etdiyiniz pislikləri heç kəs bilmir, görmür? Niyə insanlara xoş söz deməyə diliniz gəlmir? Niyə paxıllığı içinizdə bəsləyib böyüdürsünüz?Niyə uğurunuzu uğurlu insanların ətrafında olmaqda görürsünüz? Elə indi bu sualların cavabını düşünüb özünüzü dəyişin”, - deyə Nura Suri əlavə edib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026