• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nərmin və Kazımcan AT OYNATDILAR: “İndikilər çox primitivdilər…”

MƏDƏNİYYƏT

09 Fevral 2024 | 12:53

Nərmin və Kazımcan AT OYNATDILAR: “İndikilər çox primitivdilər…”

“Mən özümə bəstəkar demirəm, bəstəkar Vaqif Gərayzadədir. Biz onun yolunu davam etdiririk”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Kazım Can “Tarixin bir günü” verilişində deyib.

Müasir musiqilərdən gileylənən ifaçı həmkarlarının bostanlarını daş-qalaq edib:

“Bu gün çox yüngül musiqilər dəb halını alıb. Sözləri bəsit, harmoniyası olmayan, bir harmoniya üzərində yazılan mahnılar dəbdədir. Çox təəssüf ki, belədir”.

Kazım Canın bu fikirlərinə həmkarı Nərmin Kərimbəyova da dəstək çıxıb:

“İfa tərzləri də çox primitivdir. Söhbət elə trendlərdə olan ifaçılardan gedir. Nə səs gücü, nə səslənmə, nə emosiyanı çatdırma… Çox primitivdir, çox. Buna necə sevinə bilərik ki!? Mən belə musiqilərdən heç zövq almıram”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026