• Bakı 24° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Roza Şəbnəmlə Vəfanı BARIŞDIRDI

MƏDƏNİYYƏT

10 Mart 2024 | 11:02

Roza Şəbnəmlə Vəfanı BARIŞDIRDI

Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal sonlanıb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər müğənni Roza Zərgərlinin təkidi ilə barışıblar.

Belə ki, "Maqazin plus" verilişinə müsahibə verən Zərgərlidən Şəbnəmlə Vəfanı barışdırmaq istənilib. O da hər iki müğənniyə zəng edərək, onları barışığa səsləyib.

Əvvəl Vəfa Şərifova ilə əlaqə saxlayan Roza ondan barışmalarını və bu qalmaqalı sonlandırmalarını istəyib. Vəfa isə əvvəlcə razı olmayıb: 

"Baxın, onun mənim haqqımda səs yazıları yayıldı, deyək ki, mən biyabır oldum. Onun əlinə nə keçəcək? Nə qazanacaq?"
İfaçı sonradan fikrini dəyişib:

"Əgər məndən barışığı Roza xanım istəyirsə, olacaq. Mən bundan sonra Şəbnəm haqqında mənfi heç nə deməyəcəm, buna əmin ola bilərsiniz".

Roza Vəfaya təşəkkür edib və Şəbnəm Tovuzluya zəng edib:

"Şəboş (Şəbnəm Tovuzlu), baltaları basdırmağın vaxtıdır. Barışın. Hər ikinizi çox istəyirəm, yaxşı sənətçilərsiniz. Bunu sizdən mən istəyirəm".

Şəbnəm Tovuzlu da Roza Zərgərlinin bu istəyini cavabsız qoymayıb. O, Şərifova ilə aralarındakı qalmaqalın sonlandırıldığını bildirib:

"Onun bir az sözə getməyi var. Bunu etməsin. Qalmaqalsa, bitdi. Əgər siz bizdən bunu istəyirsinizsə, mən buna razıyam".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026