Müğənni Tacir Şahmalıoğlu növbəti paylaşımı ilə diqqətləri üzərinə cəlb etməyi bacarıb.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı onu geyiminə görə tənqid edənlərə əsəbləşib.
O, qırmızı şalvar geyinərək səhnəyə çıxdığı videosunu paylaşaraq bu sözləri yazıb:
“Buradan bəzi “ağıllılara” səslənirəm. Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə görə dəyər verin və qiymətləndirin. Qalanı üçün o gözəl beyninizi yormayın. Ve onu da əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı. Salamat qalın”.
Qeyd edək ki, bir neçə gündür, Tacir Şahmalıoğlunun sözügedən videosu sosial şəbəkə platformalarda tirajlanır. İzləyicilər qırmızı şalvar geyindiyinə görə sənətçini tənqid edirlər.
Ziyafət Əlisoy