• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səbinə Əsədova vəzifəsindən azad olundu

MƏDƏNİYYƏT

08 Aprel 2024 | 14:56

Səbinə Əsədova vəzifəsindən azad olundu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Səbinə Əsədova vəzifəsindən azad olunub. 

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri mədəniyyət naziri Adil Kərimli imzalayıb. 

Belə ki, S.Əsədovanın əmək müqaviləsinə xitam verilib. Lakin o, teatrdakı fəaliyyətini truppa müdiri olaraq davam etdirəcək. 

Qeyd edək ki, 46 yaşlı Əməkdar artist S.Əsədova teatr səhnəsində bir çox obrazlar yaradıb. O, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026