"Bu gün Xalq artistlərimiz, muğam ifaçılarımız toy mahnıları ifa edənlərdən az tanınırlarsa, bu Azərbaycan musiqisinin bədbəxtçiliyi deməkdir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova deyib.
Sənətçi xarici ritmlər üzərində yazılan mahnı ifaçılarını tipa tutub:
"Azərbaycan çərəyi yeyirik, Azərbaycan toylarında çıxış edirik. Farsın, özbəyin mahnılarından götürüb, oxuyuruq, amma... Mən sözümü demişəm, üstündə də dururam, uşaq da deyiləm. Uşaqlara isə baş qoşmuram. Azərbaycan musiqisinə də xidmət etmək sizin birmənalı olaraq borcunuzdur. 20 dənə özbəkdən, farsdan mahnı oxuyanda, bir dənə də Azərbaycan xalq mahnısını aranjman edib oxumalısınız".
Ziyafət Əlisoy















