İndiana Cons seriyasının beşinci filmi olan “İndiana Cons və taleyin zəngi” filminə görə Disney-ə nə qədər pulitirdiyi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Forbes-in məlumatına görə, Disney istehsal şirkəti filmə bilet satışından əldə etdiyi gəlirdən 134,2 milyon dollar çox xərcləyib.
İyul ayında ekranlara çıxan filmin büdcəsi 387,2 milyon dollar olub.
Film dünya üzrə kassada 384 milyon dollar gəlir əldə edib. Disney bu rəqəmin təxminən yarısını (192 milyon dollar) alıb.
Qeyd edək ki, filmin rejissoru Ceyms Mangolddur. İcraçı prodüserləri arasında Stiven Spilberq və Corc Lukas var.
Günəş Mərd




jpg-1714981903.webp)










