• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Əməkdar artist MEYDAN SULADI: “Trend olan Xumarın səsidir”

MƏDƏNİYYƏT-ŞOU

06 May 2024 | 12:20

Əməkdar artist MEYDAN SULADI: “Trend olan Xumarın səsidir”

“Bir var bir müğənninin 1-2 mahnısını tapıb deyirlər “trenddir”, bir də var Xumarın səsidir, sənətidir trend olan. Xumarın mahnısı trend deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova “Rəngarəng səhər” verilişində deyib.

Sənətçi mahnılarından danışaraq meydan sulayıb:

“Mən inanmırdım ki, son mahnım bu qədər sevilsin. Mənim sevənlərim, mən demirəm ki, siz başa düşmürsünüz, başa düşürsünüz. Sizin üçün Xumarın mahnısı yox, sənəti, səsidir vacib olan. Amma son mahnım böyük fəlsəfədir. “Bilmirəm heç neçə yaşındayam. Eşqin iştahında, aşındayam, yarğanın, uçurumun başındayam...” Bu, bir az çətin fəlsəfədir. Düşündüm ki, bir az gec çatar. Amma var olun ki, Xumar fəlsəfəsini qəbul edirsiniz. Nə oxusa onu qəbul edirsiniz. Xumar sizin Xumardır. Sevirəm sizi”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

18 May 2024