• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycan təmsilçilərinin şansı 1 faizdən aşağı qiymətləndirilir

MƏDƏNİYYƏT-ŞOU

06 May 2024 | 11:34

Azərbaycan təmsilçilərinin şansı 1 faizdən aşağı qiymətləndirilir

“Avroviziya – 2024” mahnı müsabiqəsi üçün bukmeykerlərin ehtimalı dərc olunub.

Bakıvaxtı.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, onların qənaətinə görə, xorvat təmsilçi Baby Lasagnanın "Rim Tim Tagi Dim" mahnısı qalibiyyət üçün ən real namizəddir (25 %).

Müvafiq olaraq, növbəti yerlərdə İsveçrə (17 %), Ukrayna (14 %), İtaliya (12 %) və Hollandiya (5 %) qərarlaşıb.

Azərbaycan təmsilçiləri Fahree və İlkin cütlüyünün "Özünlə apar" mahnısının qalibiyyət şansı 1 faizdən aşağı qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, müsabiqənin birinci və ikinci yarımfinalları mayın 7-si və 9-da baş tutacaq. Azərbaycan birinci yarımfinal mərhələsində yarışacaq. Ölkəmizin burada rəqibləri Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldovadır.

Müsabiqənin final mərhələsi isə mayın 11-də keçiriləcək.

Xatırladaq ki, ötən ilin qalibi isveçli Loreen olub. O, qalibiyyəti “Tattoo” mahnısı ilə əldə edib.


SON XƏBƏRLƏR

18 May 2024