• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

92 yaşlı media maqnatı 5-ci dəfə evlənir

MƏDƏNİYYƏT

08 Mart 2024 | 18:25 | Müəllif: Subhan Mahmudov

92 yaşlı media maqnatı 5-ci dəfə evlənir

Martın 11-də 93 yaşı tamam olacaq media maqnatı Rupert Merdok evlənir.

Bakıvaxtı.az bildirir ki, o, 67 yaşlı Elena Jukovaya evlilik təklifi edib. Bu barədə "New York Times" qəzeti yazıb.

Bildirilib ki, toy iyunun 1-də olacaq. Tədbir Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.

Qeyd edək ki, bu, media maqnatının beşinci evliliyidir. 

Elena Jukova molekulyar bioloqdur. O, "Qaraj" muzeyinin yaradıcısı Daşa Jukovanın anası və milyarder Roman Abramoviçin keçmiş qayınanasıdır.

Cütlük arasındakı münasibət 2023-cü ilin yayında başlayıb.

R.Merdokun sərvəti 17 milyard dollar qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026