“İlhamə Quliyeva ilə bizim sözümüz heç vaxt düz gəlməyib. Mən ondan çox çəkmişəm. Amma onun mənə gücü çatmayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Rəngarəng səhər” verilişində deyib.
Səmnətçi mərhum həmkarınını heç zaman bağışlamayacağını dilə gətirib:
“Düşmənlərim, deyəndə ki, köçənin dalıyca danışmazlar, mən savadlı bir insan kimi deyirəm, hər sözümə, hər kəlməmə, hər fikrimə sadiq bir insan kimi deyirəm, hər köçənin arxasıyca danışmazlar. Həqiqətdən başqa… Həqiqətdən üstün heç bir şey yoxdur. Yadınızda saxlayın. Əgər söz İlhamə Quliyevaya çatırsa… Mənim həyat yoldaşım rəhmətə gedəndə, İlhamə Quliyeva mənim evimdən başsağlığına gələn insanları qovurdu. Mən onu necə yadımdan çıxara bilərəm?”
Ziyafət Əlisoy
















