"Atam mənə sağkən hansı qadağaları qoyubsa, günü bu gün də onları etmirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov müsahibələrinin birində deyib.
Xanəndə mərhum atasının ona qoyduğu qadağalardan söz salıb:
"Uşaq vaxtı atam mənə deyirdi ki, içki içsən, səni, siqaret çəksən, özümü öldürəcəyəm. Uşaq vaxtı düşünürdüm ki, siqaret çəkərəm, atam özünü öldürər. Psixoloji təzyiq olurdu. Həqiqətən də, mən bu pis vərdişlərdən uzağam".
Ziyafət Əlisoy
















