• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Damladan oğluna: “Öküz, mən sənin ananam”

MƏDƏNİYYƏT

11 Mart 2024 | 09:44

Damladan oğluna: “Öküz, mən sənin ananam”

“Bəzən onun anası olduğumu unuduram. O qədər içdən, səmimi, hərtərəfli bağ var ki aramızda…”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Damla oğlundan danışarkən deyib.

İfaçı oğlu ilə aralarındakı zarafatlardan da söz salıb:

“Arada üstünə qışqırıram ki, “öküz, mən sənin ananam, bu sözü demək olmaz”. Deyir özümdən aslı deyil, elə bilirəm böyük bacımsan, ya ən yaxın dostumsan. Onu mamam böyüdüb, Allah canına dəyməsin. Əziyyətini o çəkdi. Mən elə toylar, məclislər… Bütün yükümü valideynlərim çəkdi”.

Qeyd edək ki, Damlanın oğlu Amerika Birləşmiş Ştatlarında təhsil alır.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026