Hollivudun məşhur döyüş sənəti ustası Ceki Çan səhhəti ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, bu yaxınlarda 70 yaşı tamam olan aktyor sosial şəbəkələrdə fotosu paylaşılan ağ saçlarından danışıb.
"Bu yaxınlarda dostlarım internetdə bəzi şəkillərimi görüb səhhətimdən narahat olublar. Narahat olmasınlar! Yeni filmim üçün belə görünməli oldum. Saçlarım və saqqal ağarmalı idi və mən yaşlı görünməli idim”.
Qeyd edək ki, filmlərində akrobatik döyüş tərzi ilə əfsanəyə çevrilən Ceki Çan 100-dən çox filmdə oynayıb. O, dünyanın ən çox qazanan aktyorlarında biridir.
Günəş Mərd
















